DünyaİranXƏBƏRLƏR

Abbasi: Buşehr AES sınaq mərhələlərini keçməkdədir.

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Buşehr Atom Elektrik Stansiyasının sınaq mərhələlərini keçməkdədir.

Firidun Abbasi Buşehr AES-nin iş fəaliyyətinə işarə edərək deyib: Bu stansiya ilkin sınaq mərhələlərini arxada qoyduqdan sonra İrana təhvil verilməlidir ki, tam gücü ilə fəaliyyət göstərsin.

İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Hələ ki, ilkin sınaq mərhələləri təkmilləşməyib və bütün sınaqların həyata keçirilməsindən sonra AES-in təhlükəsizlik sistemi öz təsdiqini tapacaq və iranlı mütəxəssislərin nəzarəti altında iradə olunacaq.

Abbasi bəzi yeri və xarici media vasitələri tərəfindən Buşehr AES-in fəaliyyətinin dayandırılması ilə bağlı yayılan xəbərlər haqda da deyib: AES hələ sınaq mərhələsini keçməkdədir və texniki məsələlərə görə onun ölkənin elektrik şəbəkəsi ilə əlaqəsinin kəsilməsi və yenidən bərpa olunması təbii məsələdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu