DünyaSuriyaXƏBƏRLƏR

ABŞ Əsədi müzakirəyə çağırdı

ABŞ dövlət katibi Suriya böhranı üçün dinc həll yolunun tapılması məqsədilə Əsəd hökumətindən Cenevrə-2 konfransında iştirak etməsini istəyib.

Röyters-in məlumatına görə, Con Keri çərşənbə günü deyib: Əgər Əsəd Suriya böhranına son qoymaq üçün din həll yolunun tapılması istiqamətində danışıqlara hazır olmazsa, ABŞ və digər ölkələr müxalifətə olan dəstəyi artıracaqlar.

ABŞ hökuməti bundan öncə Suriya hökuməti ilə danışıqların aparılmasını Bəşşar Əsədin hakimiyyətdən getməsi ilə şərtləndirdiyi halda, indi özü Əsədi Cenevrə-2 konfransında danışıqlara çağırmağa məcbur olub.

Digər tərəfdən Suriya hökuməti ilə müxalif olan tərəflər o cümlədən Türkiyə Suriya böhranına son qoymaq üçün yeni bir təklif irəli sürüblər ki, bu təklifə əsasən Əsəd 2014-cü ildə keçiriləcək prezident seçkilərində də iştirak edə bilər.

Beləliklə demək olar ki, Suriya ordusunun silahlı qiyamçılar və terrorçular qarşısında ardıcıl olaraq uğurlar əldə etməsi xüsusilə əl-Qəsir vilayətində yaraqlılara ağır zərbələr endirməsi terrorçuların regional və qərbli himayədarlarının bütün qırmızı xətlərini alt-üst edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu