Dünya

ABŞ-a məxsus CMV-22B Osprey Oman sahilləri yaxınlığında 7700 kodu göndərdi

ABŞ-a məxsus CMV-22B Osprey Oman sahilləri yaxınlığında 7700 kodu göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “CMV-22B Osprey” hava gəmisi Oman sahilləri yaxınlığındakı sular üzərində uçarkən 7700 təcili kodunu göndərib. 169463 identifikasiya nömrəli və “STAMPEDE11” uçuş identifikatorlu hava gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin VRM-40 çoxməqsədli logistika eskadrilyasına məxsusdur.

7700 təcili kodunun göndərilməsi eniş tələb edən fövqəladə və təxirəsalınmaz vəziyyətin mövcudluğunu bildirir. Osprey ailəsinə daxil olan bu hava gəmilərindən sahil bazaları ilə təyyarədaşıyan gəmilər arasında şəxsi heyətin, yüklərin və zəruri avadanlıqların daşınması üçün istifadə olunur.