İşğal olunmuş Fələstin ərazilərində sionist rejim hərbçilərinin atəş açması nəticəsində bir fələstinli gənc şəhid olub.
Sionist rejim hərbçiləri şənbə günü Təl-Əvivdə fələstinli işçilərdən bir qrupunu yoxlamaqla işğal olunmuş ərazilərdə işləmək icazəsi olmayan 20 yaşlı bir fələstinli gəncə doğru atəş açıblar. Nəticədə bu fələstinli şəhid olub.
Bu gənc fələstinlinin şəhid edilməsi ilə yanaşı qeyd edək ki, cümə günü İordan çayının qərb sahillərində ayrıcı divar və sionist qəsəbələrin salınmasına etiraz olaraq əl-Xəlil şəhərində aksiya keçirən fələstinlilərlə sionist rejim hərbçiləri arasında toqquşma baş verib. Nəticədə 13 fələstinli yaralanıb.
Sionist rejim hərbçiləri ötən gün həmçinin Qəzzə zolağının şimalında Cibalya düşərgəsinin şərqində fələstinlilərə doğru atəş açaraq 20 yaşlı bir gənc fələstinlini yaralayıblar.