İran əhalisi İslam müqəddəslərinə qarşı hörmətsizliyə etiraz olaraq bu gün cümə günü bütün ölkədə cümə namazından sonra etiraz aksiyası keçiriblər.
İranın İslami Təbliğat Təşkilatının Koordinasiya Şurasının Mərkəzi Ofisi öncə bu haqda bildiriş yaymıdşı.
Bu bildirişdə İslam Dünyasının bütün müsəlmanlarından eləcə də Rəsullallah(s.ə.s)ın böyük ümmətindən cümə günü 10 may cümə namazının qılınmasından sonra bütün islam ölkələrində və dünyanın başqa məntəqələrindəki müsəlmanlar və azadələrlə birlikdə aksiya keçirərək, xəbis təkfirilər cərəyanı və beynəlxalq sionizmin muzdur amilləri tərəfindən İslam Dini müqəddəslərinə və İslam dininin böyük şəxsiyyətlərinin qəbirlərinə hörmətsizliyin edilməsi üzrə çirkin hərəkətlər əleyhinə özlərinin müqəddəs etiraz və qəzəblərini nümayiş etdirmələri istənilmişdi.
Bütün İran xalqı ilə eyni zamanda Tehran xalqı da cümə namazından sonra geniş aksiya keçirərək, “sələfilərə ölüm”, “vəhhabilərə ölüm” şüarlarını səsləndirərək, Əziz İslam Peyğəmbərin(s.ə.s) səhabələrindən olan Hücr İbn Ədinin qəbrinə hörmətsizliyi pislədilər.
İranla birlikdə bir çox dünya ölkəsində, o cümlədən Rusiya, Bəhreyn, Türkiyə, İraq, Əfqanıstan kimi ölkələrdə də aksiyalar təşkil edilərək, İslam müqəddəslərinə hörmətsizliyin dayandırılması istənilib.