BəhreynXƏBƏRLƏR

Bəhreynli məktəbli həbsə məhkum edildi

Bəhreyndə insan haqlarının pozulmasının davamında müxalifət qüvvələrinə bağlı mənbələr bir fəal və bir məktəblinin həbsə məhkum edilməsindən xəbər veriblər.

Manama xəbər portalının məlumatına görə, Bəhreyn müxalifətinə bağlı mənbələr bildiriblər ki, Bəhreyn məhkəmələrindən biri bu gün bəhreynli fəal Zeynəb əl-Xəvacəni hakim rejimə qarşı nalayiq sözlər söyləməkdə müqəssir hesab edərək, onun haqqında 2 ay həbs qərarı çıxardıb.
Bu məhkəmə həmçinin bir məktəblini “Bəhreyn kralına hörmətsizlik etmək” kimi uydurma ittiham ilə bir il azadlıqdan məhrum edib.
Bəhreyndən daxil olan digər məlumatlara görə, Ali-Xəlifə rejiminə bağlı qüvvələr Sitrə adasında keçirilən sivil etiraz aksiyasına qarşı güc tətbiq ediblər.
Bəhreynin əl-Nəvidrat məntəqəsi də Bəhreyn rejiminə bağlı hərbçilərlə aksiya iştirakçıları arasında toqquşmaların şahidi olub. Bu toqquşmalar Ali-Xəlifə rejiminin Əbuzər Qəffari məscidini dağıtmasının ardınca baş verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu