ABŞ bazası yaxınlığında əfqanların cəsədləri aşkarlanıb

Əfqanıstan rəsmiləri bir amerikan bazası yaxınlığında bu ölkənin mülki vətəndaşlarının cəsədlərinin qalıqlarının aşkarlandığını bildiriblər.

Əfqanıstan rəsmiləri bildiriblər ki, təxminən 7 ay öncə itkin düşən 6 əfqanın cəsədinin qalığı Nerx məntəqəsində Amerika bazası yaxınlığında aşkarlanıb.

Əfqanıstan rəsmilərinin sözlərinə görə, hadisə qurbanları Amerikanın Metrok bazası yaxınlığında dəfn olunmadan öncə başqa bir yerdə qətlə yetiriliblər.

Bu arada Amerikanı hərbi qüvvələri bu cinayətdə istənilən müdaxiləsinin olmasını rədd ediblər.

21 mayda da noyabr ayında itkin düşmüş ayaqsız əfqan kişinin cəsədi Amerika qüvvələrinin keçmiş bazasının yaxınlığında tapılmışdı.

Cari ilin əvvəllərindən Vərdək vilayətində ABŞ-ın dəstəklədiyi “Ölüm dəstələri”nin fəaliyyəti ilə bağlı hesabatların yayımlanmasından sonra etirazlar başlanmışdır.

↑
Mobil sürümden çık