ABŞ ordusunda cinsi təcavüzə məruz qalan qadınların nümayəndəsi məhkəmə prosesini tənqid edərək deyib: Məhkəmənin qeyri-ədalətli və korrupsioner prosesi səbəb olub ki, heç kim onlara etimad etməsin və cinsi təcavüz halları ilə bağlı şikayət etməsinlər.
Susan Burke deyib: Həqiqət budur ki, ABŞ prezidenti Barak Obama və müdafiə naziri Çak Heygelin heç biri hərbi məhkəmə və ədliyyə sistemində dəyişikliyi himayə etməyib. Bu proses davam etdiyi zamana qədər biz cinsi təcavüz amillərinin mühakimə olunmasının şahidi olmayacağıq.
“Komandanlar ədliyyə prosesində müdaxilə edirlər. Misal üçün, əgər bir leytenant olsanız, mayor və yaxud yuxarı dərəcəlilər müdaxilə edirlər, hətta onlar qurbanların özlərinin müqəssir tanınmasına səbəb olurlar” –deyə Burke bildirib.
Susan Burke bu hadisələrlə əlaqədar şikayətin olunmaması barəsində deyib: Mən ümidvaram Konqres ordunun iki onillikdən sonra bu məsələni həll edə bilmədiyi və ordunun potensial dairəsindən kənar olması nəticəsinə çatsın. Dəfələrlə rüsvayçılıq yaranıb. Konqres dəyişikliklər etməlidir.
Susan Burke söyləyib: Ordunun sənədləri göstərir ki, cinsi təcavüzə məruz qalanlardan şikayət ərizəsi verənlərin 62% amillərin intiqam xarakterli hərəkətləri ilə üzləşirlər.