AsyaDünyaİranİraqXƏBƏRLƏR

Xarici İşlər Nazirliyi sözçüsünün son İraq olayları ilə bağlı açıqlaması

Xarici İşlər Nazirliyinin sözçüsü İraq dövlətinin ölkənin qərbində terrorçu qruplaşmalar qarşısındakı davranışı barədə deyib: İran İslam Respublikası daim beynəlxalq ictimaiyyət, İraqın daxilindəki əksər siyasi qruplar və bu ölkə xalqı kimi İraq dövlətinin son zamanlar Suriya kimi böhranlı ölkələrdən gələn və İraqın müdafiəsiz xalqını hədəfə alan terrorçular qarşısındakı rəftarını himayə edir.

Mərziyə Əfxəm əlavə edib: Terrorçu qruplaşmalar öz təxribatçı hərəkətləri ilə çalışırlar ki, İraqın siyasiləşməsi prosesini təsir altına alsınlar. Xüsusilə siyasi qrupların İraqda özlərini Parlament seçilərinə hazırladıqları bir vaxtda ölkədəki birlik və həmrəylik istiqamətində olan atmosferi təfriqə və qarşıdurmaya sövq etdirmək istəyirlər.
O daha sonra deyib: İran İslam Respublikası bir daha İraqdakı ixtilaflara son qoymaq üçün yeganə münasib həll yolunun siyasi danışıqlar olduğunu vurğulayaraq, İraqda terrorizm ilə mübarizənin milli birlik və həmrəyliyə ehtiyaclı olduğuna inanır. Həmçinin, bu yolda region ölkələri də İraq dövləti ilə əməkdaşlıq etməlidirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu