İran İslam Respublikası xarici işlər nairi BMT-nin baş katibi Ban Ki Mun ilə telefon danışığında təkfirçi terrorizmin regiondan əlavə sərhədlərədə genişlənməsi barədə xəbərdarlıq edib.
İRİB-nin verdiyi məlumata əsasən, Məhəmməd Cavad Zərif telefon danışığında BMT-nin İraq hökuməti və xalqını terrorizmlə mübarizədə dəstəkləməkdə məsuliyyət daşıdığı üzərində təkid edib.
İraq dəyişiklikləri barədə İranın diplomatık fəaliyyətlərinin davamında, İran xarici işlər naziri ötən axşam beynəlxlaq şəxisyyətlər və dünya ölkələrində olan həmkarları ilə telefon əlaqəsi saxlayaraq, fikir mübadiləsi aparıb.
İran xarici işlər naziri həmçinin İslam Əməkdaşlığı Təşkilatı (İƏT) –ın baş katibi və Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirləri ilə danışğında islami vəhdət və terrorizmlə mübarizədə birgə addımların atılması, həmçinin İraq xalqı və hökumətinin dəstəklənməsi üzərində təkid edib.
Bu danığıqlarda, siyasi şəxsiyyətlər və rəsmilər isə Zərifdən bu sahədə göstərdiyi təşəbbüslər üçün təşkkür edərək, terrorizmin qlobal səviyyədə təhlükəsi haqda iran xarici siyasət idarəsinin sədri ilə eyni fikirdə olduqlarını bildirərək, İraqda cərəyan edən məsələlər və bu ölkənin hazırkı vəziyyətdən xilas olması üçün yardımların edilməsi barədə nöqteyi- nəzərlərini irəli sürüblər.
Şam və İraq İslam Dövləti (İŞİD) terrorçu qrupu ötən günlər ərzində bəzi İraqlı daxili satqın şəxlərin əməkdaşlığı ilə İraqın bəzi şimal məntəqələrini, o cümlədən Neynəva vilayətinin bəzi bölgələrini öz nəzarətinə keçirməyə səy edib.