ABŞ-da Çikaqonun yoxsul məhəllələrində 54 məktəbin fəaliyyətinin dayandırılmasına etiraz olaraq müəllimlər, məktəblilər və valideynləri aksiya keçiriblər.
Çikaqo Müəllimlər Birliyi sədri Karen Luis bu aksiyada deyib: Onlar qaradərililərin məşhur şəxsiyyətlərinin adına olan məktəblərin fəaliyyətini dayandırıblar.
Bu aksiyalarda iştirak edənlərdən biri deyib: Bu məktəblərin fəaliyyətinin dayanması ilə gələcəkdə övladlarımızın üzünə möhkəm sillə vurulacaq və şəhərin təhsil sisteminə zərbə dəyəcək. Biz belə işə dözə bilmərik.
Lakin rəsmilər bildirirlər ki, bu şəhərin 1 milyard dollarlıq büdcə kəsiri istiqamətində bu məktəblərin fəaliyyətinin dayandırılması zəruridir.