İranın nüvə müzakirə heyəti xarici işlər nazirinin başçılığı altda Cenevrəyə daxil olub.
Cenevrə şəhəri öncəki iclasdan on gün sonra vəRuhaninin dövlətində üçüncü dəfə olaraq, İran ilə büş üstəgəl bir qrupunun müzakirələri yeri olur.
IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif müzakirə heyətinin digər üzvləri ilə yanaşı bu gün günortadan öncə Avropa Birliyinin xarici siyasət üzrəməsul şəxsi ilə görüşəcək.
İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərif deyib: Biz razılığa çatmağa çalışacağıq, lakin hər cür razılıq ondan asılıdır ki, qarşı tərəf İran xalqının hüquqlarını nəqədər rəsmiyyətlə tanıyacaq və bərabər mövqe ilə bizimlə rəftar edəcək.
İran İslam Respublikası dəfələrlə bildirib ki, artıq tələblərə təslim olmayacaq və heç bir önşərti qəbul etməyəcəkdir.
Noyabrın yeddisi, səkkizi və doqquzunda İran, Amerika, Rusiya, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri, Çinin xarici işlər nazirinin əvəzedicisi və Ketrin Eştonun iştirakı ilə bu şəhərdə keçirilmiş və əlbəttə ki, noyabrın onunun gecə yarısınadək uzanmış öncəki iclasda tərəflər arasında razılaşmanın imzalanması qərara alınmışdı ki, Fransa tərəfindən bir sıra düzəlişlərin təqdim olunması və maksimum mövqelərin irəli sürülməsi üzündən anlaşma əldə olunmadı və nəticəetibarı ilə razılaşdırıldı ki, növbəti iclas noyabrın iyirmisində buşəhərdə keçirilsin.
İlk dəfə olaraq, Zərif və Eştonun iştirakı ilə bu müzakirələrin sonunda və noyabrın onunun gecə yarısında keçrilən birgə mətbuat konfransında Eşton bildirdi ki, bir çox müəyyən irəliləyişlər əldə olunub, lakin bəzi məsələlər hələ qalıbdır və bizim hədəfimiz nəticəyə çatmaqdır və nəticəyəçatmaq üçün Cenevrəyə qayıdacağıq.
Zərif də bu mətbuat konfransında bildirdi ki, altıölkə fərqli baxışlara malikdir və ümid edirik ki, razılığa çataq.
O, dedi: Məyus deyilik və yaxşı görüşlər keçirdik. O, sonra dedi: Bu iclas göstərdi ki, bu məsələnin həlli üçün siyasi iradə mövcuddur.
Amerikanın dövlət katibi- Con Kerri də Cenevrəmüzakirələrinin başa çatmasından sonra keçirdiyi mətbuat konfransında dedi: Biz Cenevrəyə gəldik ki, ixtilafları azaldaq və tərəddüd etmədən deyə bilərəm ki, diqqətəlayiq irəliləyişlərənail olmuşuq.