ABŞ-da silahdan istifadə nəticəsində insidentlərdə ötən 7 ay ərzində 6 min 500 nəfər dünyasını dəyişib.
ABŞ-da silahdan istifadə nəticəsində insidentlər hələ də davam edir. 2012-ci il dekabr ayından indiyə qədər ötən 7 ay ərzində 6 min 500 amerikalı silahla əlaqədar insidentlərdə həyatları ilə vidalaşmalı olub.
ABŞ-da silahlı insidentlərlə əlaqədar xəbərləri izləyən Slate jurnalı bu statistikanı yenilərdə yayımlayıb.
Əlbəttə bildirildiyinə görə, ABŞ-da silahla hədəfə alınaraq qətlə yetirilən şəxslərin sayı bu statistikadan çoxdur. Çünki bu ölkədə silahla qətllərin bir sırası barədə məlumat verilmir.
Son dəhşətli olaylardan biri hesab olunan Sendi Huk orta məktəbində silahlı insident nəticəsində iyirmisi uşaq olmaqla 26 nəfər həlak olub.