FələstinSuriyaTürkiyəXƏBƏRLƏR

Suriyalı terrorçular və Türkiyə və Qətər zabitlərinin işğal olunmuş Fələstinə səfəri

Yaraqlı terrorçu qrupların başçılarından bir qrupu Qətər və Türkiyədən olan bir neçə zabitlə yanaşı, işğal olunmuş Fələstinə səfərdə sionist rejim başçıları ilə görüşüb.

Suriyada terrorçu qrupların başçılarından bir qrupu ötən həftənin əvvəllərində Türkiyə və Qətərin kəşfiyyat zabitləri ilə yanaşı, işğal olunmuş Fələstinə gedərək, sionist rejimin yüksək vəzifəli kəşfiyyat başçılarından bir qrupu ilə görüşübdür.

Sionistlər terrorçu qrupların başçıları, türk və qətərli zabitləri sionist rejimin xəstəxanalarından birinədək müşayiət ediblər və onlar Suriya ordusu ilə döyüşdə yaralanaraq, işğal olunmuş Fələstində xəstəxanaya yatırılmış bir qrup terrorçu ilə görüşüblər.

Bu mənbələr əlavə ediblər: Sionist rejim başçıları ilə görüşdə də Suriyadakı terrorçu hərbi qolların vahid formaya salınması yolları və onların İsrail silahlarına olan ehtiyacları barədə danışılıbdır.
Bu görüşdə terrorçuların başçıları, qətərli və türk zabitlər Təl-Əvivin Suriyadakı vəziyyəti qızışdırmaq və suriyalıları qırğın etmək üzrə planlarından agah olublar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu