DünyaXƏBƏRLƏR

ABŞ Dövlət Departamentindən görünməmiş addım

ABŞ Dövlət Departamenti görünməmiş bir addımda özünün məcazi səfirliyinin internet səhifəsində, səhifənin başlığında Milli Fars Körfəzi Günü münasibətilə sayta müraciət edənlər üçün təbrik müraciəti yerləşdirib.

ABŞ-ın məcazi səfirliyinin internet səhifəsində həmçinin İranın siyasi xəritəsinə yer verilib və Fars Körfəzi də öz tarixi adı ilə orda yer alıb.
Saytda həmçinin ” ABŞ Dövlət Departamenti Milli Fars Körfəzi Günü münasibətilə İran xalqını təbrik edir” cümləsi yerləşdirilib.
Bununla da ABŞ Dövlət Departamenti Amerikanın National Geographic müəssisəsi və ərəb ölkələrinin Fars Körfəzinin adına yönəlmiş mənfi təbliğatları qarşısındakı sükutuna son qoyub.
Xatırladaq ki, İranda 10 aprel, Milli Fars Körfəzi Günü kimi qeyd olunur və bu gün əslində portuqaliyalıların Fars Körfəzi və Hörmüz boğazını tərk etdikləri gündür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu