AsyaDünyaİranXƏBƏRLƏR

Mərhum Ayətullah Meşkinin əsərlərinin təqdimatı keçirilib –

Ayətullah Mirza Əli Meşkininin 50 cildə şamil bir sıra əsərlərinin bu gün bu ilahi alimin Qumda Darul-Hədisdə keçirilən anım mərasimi ilə yanaşı təqdimatı keçirilib.

Ayətullah Mirza Əli Meşkininin anım mərasiminin elmi katibi Höccətülislam vəlmüslimin Mehdi Mehrizi bu əsərlərin təqdimatı zamanı deyib: Ayətullah Meşkininin əsərlərindən 7 mövzuda 50 cild kitabın təqdimatı keçirildi. Bu kitabların hər biri 600 səhifəlikdir. Təqdimatı keçirilən əsərlərdən 13 cildi Quran mövzusundadır. Belə ki, gənclər üçün Quranın asan təfsiri, geniş təfsir və Quran risalələrinə şamil olur. 22 cild kitab da fiqhi əsərlərə, 10 cild isə İmam Xomeyninin (rə) Təhrirul-Vəsilə əsərinin şərhinə şamil olur. O mərhumun digər əsərləri, o cümlədən xüms, nəhy əz münkər, əxlaq məsələləri və bəzi nitqləridir ki, çap olunmuşdur.

Həmçinin Ayətullah Meşkininin xatirələrindən ibarət 7 cildlik kitabın da təqdimatı keçirilib. Bu əsər onun həyatı, şah rejiminin SAVAK təşkilatı və nitqlərinə şamil olur.

Meşkini kimi tanınan Ayətullah Əli Əkbər Feyz 1300 hicri şəmsi ilində Ərdəbil ostanının Meşkinşəhrin tabelyində olan Əlni kəndində dünyaya göz açıb. Nəcəf Əşrəfdə və Qumda islam elmlərində təhsil alıb və ali elmi dərəcələrə nail olub. Ayətullah Meşini Ayətullahülüzma Brucerdi (rə) və Ayətullahülüzma Mühəqqiq Damadın (rə) Fiqh Xaric və Üsul dərslərində iştirak edirdi. O İmam Xomeyninin (rə) fiqh xaric dərsində ciddi şəkildə iştirak edirdi.

Ayətullah Meşkini 2007-ci il 30 iyulda fani dünya ilə vidalaşıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu