Rusiya xarici işlər naziri deyib: Rusiya Ukraynadakı mənafeyi əleyhinə istənilən hədəyə hərbi hücumla cavab verəcək.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Sergey Lavrov çərşənbə günü RussiaToday telekanalı ilə müsahibədə deyib: Əgər Ukraynada Rusiyanın qanuni mənafeyi və rusların mənafeyi birbaşa hədəfə alınarsa, Cənubi Osetiyada baş verdiyi kimi Moskvanın beynəlxalq qanunlara əsasən addım atmaqdan başqa yolu yoxdur.
Lavrov müsahibənin davamında Rusiyanın Gürcüstanla 2008-ci ildəki hərbi toqquşmasına toxunub.
NATO Lavrovun açıqlamasına reaksiyada onu puç təhdid adlandırıb və bildirib: Bu açıqlama Ukrayna böhranının həlli ilə əlaqədar Cenevrədə əldə olunmuş anlaşmanın ruhuna ziddir.
Rusiya Ukraynanın şərq sərhədlərində təxminən 40 hərbçi yerləşdirib. ABŞ da çərşənbə günü NATO qüvvələrini gücləndirmək üçün Ukrayna ilə həmsərhəd olan Şərqi Avropa ölkələrində 600 min hərbçini yerləşdirib.
