BəhreynSuriyaXƏBƏRLƏR

Suriyaya qarşı hücum çox ağır başa gələcək

İranın xarici işlər nazirinin müavini Suriyada ayırd məntəqəsinin bərpa edilməsini ölkədə viziyyətin dahada mürəkkəbləşməsinə səbəb olacağını deyərək, bu ölkəyə qarşı hər bir xarici hücumun edilməsi haqda xəbərdarlıq edib.

Hüseyn Əmir Əbdullahian ötən gün (bazar 28 aprel) Əl-Aləm Telekanalına verdiyi müsahibədə deyib: Suriyaya qarşı hər bir hücumun edilməsi təqdirdə, qarşı tərəf təhlükəli və proqnoz edilməmiş və təəccüb doğuran hadisələrlə üz-üzə olacaqdır.

Əmir Əbullahian təkidlə bildirib ki, regional və beynəlxalq tərəflərin sərgilədikləri mövqeləri nəticəsində, Suriya Əl-Qaidə və həm də gərgin vəziyyətin bu ölkədən digər ölkələrə köçürülmə mərkəzinə çevrilib və hazırda isə tərəflər Suriyanı xarici hücuma məruz qoymaq üçün ölkəni yeni bir müharibəyə daxil etmək ardıncadırlar.

O bundan neçə vaxt öncə Suriyada kimyəvi silahların istifadəsi zümzüməsinin dinlənilməsini deyərək xatırladıb: Bəzi xarici tərəflər Suriya xalqı və ordusuna qarşı kimyəvi silahlardan istifaə edilmkəsi üçün terrorçulara müxtəlif imkanlar yaradıblar ki, ölkədə qarışıqlıq törətməklə xarici müdaxilənin edilməsinə zəmin yaratsınlar.

Əmir Əbdullahian Suriyada Əl-Nüsrə cəbhəsi kimi məsuliyyətsiz qruplar tərəfindən kimyəvi silahlardan istifadə edilməsinə toxunaraq, BMT-nin hesabat hazırlaması üçün ekspert qrupunun tezliklə Suriyaya göndərilməsini vurğulayıb.

İranın xarici işlər nazirinin müavini İran və Livan Hizbullahı tərəfindən Suriyaya hərbçi qüvvənin göndərilməsi kimi iddialar qarşısında deyib: Hazırda Suriyanın daxilində minlərlə üsyançı qüvvələr faəliyyət edir və bu ölkədə hərbi və insani qüvvə baxımından iştirak etməyən ölkə yalnız İrandır.

Əmir Əbullahian həmçinin İraqdakı toqquşmalar barədə deyib: İraqın hazırkı durumu İraqın vitseprezidenti Tariq Əl-Haşiminin keçmişdəki işləri ilə əlaqədardır və Nuri Maliki hökumətinə zərbə vurmaq istəyən tərəflər hələdə çalışırlar ki, İraqı yeni bir böhranla qarşı-qarşıya qoysunlar.

O Bəhreyn dəyişiklikləri haqda da bildirib: Bəhreyn böhranının yeganə çıxış yolu siyasi yoldur lakin tam təəssüflə bu ölkənin hazırkı təhlükəsizlik durumu qonşu ölkənin hərbi müdaxiləsi nəticəsində olduqca gərginləşib və Bəhreyn rəsmiləri xalqın tələbatına qarşı önəmli yanaşmırlar.

Əmir Əbdullahian xatırladıb: Bəhreyn böhranı xəbərdarlıq tempinə çatıb və beynəlxlaq ictimaiyyət vaxt ötmədən bu ölkədə vəziyyətin yaxşılaşdırılması üçün addım atmalıdırlar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu