Mədəniyyət rəsmiləri münasib siyasətlərlə İran tarixi və mədəniyyətini qorumalıdırlar
İslam Şurası Məclisinin Mədəniyyət Araşdırmaları Mərkəzinin baş müdiri deyib: Güclü sivilizasiya köklərinin olmaması, habelə mahiyyət, mədəniyyət və sivilizasiyanın axtarılması Azərbaycan Respublikası və sair kimi ölkələr tərəfindən İran mədəniyyətinə yiyələnmənin əsas dəlillərindəndir.
İrandoxt Fəyyaz Müxbirlər Klubu ilə müsahibədə Azərbaycan R-nın bir iranlı şairə yiyələnmək üzrə hərəkətini qeyri-mədəni, qeyri-əxlaqi, eləcə də beynəlxalq siyasətlərə zidd bir addım adlandıraraq, söyləyib: İranın bəzi qonşuları bizim mədəniyyət, sivilizasiya və mədəniyyət ehtiyatlarımızdan sui-istifadə edərək, bizi hücum və qanunsuz istifadələrə məruz qoyurlar ki, bu problem ölkəmizin mədəni və siyasi rəsmilərinin diqqət mərkəzində durmalıdır.
O, ölkələrin bu cür hərəkətlərini bir növ mədəniyyət toqquşması və ya yumşaq müharibə adlandıraraq, deyib: Bu gün dünyadakı bəzi ölkələr xalqımızdan və gənc nəsildən milli mahiyyəti alaraq, zehinlərdə İran sivilizasiyasının tarixi və keçmişi, habelə onun əsilliyi ilə bağlı bir növ tərəddüd yaratmaq niyyətindədirlər.
Fəyyaz güclü sivilizasiya köklərinin olmaması, habelə mahiyyət, mədəniyyət və sivilizasiyanın axtarılmasını bu ölkələrin İran mədəniyyətinə yiyələnmələrinin əsas dəlilləri kimi dəyərləndirərək, əlavə edib: Bir zaman İranın bir hissəsi hesab olunan və dil, mədəniyyət və sivilizasiyada ortaq olan ölkələr ozamankı hökmranların tədbirsizlikləri üzündən ölkədən ayrılaraq, ayrıca bir mahiyyətə malik oldular.
İslam Şurası Məclisinin Mədəniyyət Araşdırmaları Mərkəzinin baş müdiri mədəni və siyasi müdiriyyətin səhlənkarlıqlarını bu ölkələrin İran mədəniyyətindən sui-istifadə etmələrində təsirli bilərək, söyləyib: Məsul şəxslər bizim mədəni, elmi və sivilizasiya ehtiyatlarımızı beynəlxalq təşkilatlar səviyyəsində İranın adına qeydə aldırmalıydılar, hərçənd ölkə daxilində dərs və elmi kitablarda bu məsələlər qeyd olunub, lakin dünya səviyyəsində də onları yaymağa ehtiyaclıyıq.
Bu mədəniyyət eksperti vurğulayıb ki, bu gün dünyada başlıca olaraq kompüter müharibələri olan dünya müharibələrinin dördüncü nəsli baş verir. O, söyləyib: Mədəniyyət və elm müharibələri də kompüter müharibələrinin bir hissəsidirlər və alimlər və fikir sahiblərinin adamyandırma kürələrinə atıldıqları Avropa tarixinin ən qaranlıq hissəsi olan orta əsrlərin elmi müharibələr keçmişinə qayıdır. Bir daha bu cərəyan tarixdə təkrarlanır və fikir və təfəkkür sahibləri hücuma məruz qalırlar, zira bu alimlərin mövcudluğu ölkələrin qüdrətinə səbəb olur.
O, qərb ölkələrinin digər ölkələrə qarşı həyata keçirdikləri mədəniyyət müharibəsinə işarə edərək, deyib: Bizim ölkəmiz də illər boyu ölkədə mədəniyyət hücumu, mədəniyyət basqını və ya mədəniyyət natosu kimi qeyd olunan bu mədəniyyət hücumlarının hədəflərindən biridir və biz onunla mübarizə üçün müxtəlif yolları keçmişik.
Fəyyaz bu ölkələrin İran mədəniyyətinə yiyələnmək üzrə hərəkətlərini böyük məsələlərdən uzaqlaşdırmaq və ölkənin fikri, zehni və siyasi imkanlarını kiçik məsələlərlə bir növ məşğul etmə və yumşaq müharibə istiqamətində bilib və əlavə edib: Ölkənin məsul şəxsləri və siyasətçilərinin tədbirləri elə olmalıdır ki, həm ölkə daxili, həm də dünya səviyyəsində öz sivilizasiya iftixarlarını qorusunlar.