İran İslam Respublikasının müdafiə naziri deyib: Regionda istənilən müharibəni başladan tərəf onun əsas məğlubu olacaqdır.
İranın müdafiə naziri general Hüseyn Dehqan cümə axşamı günü Suriya müdafiə naziri ordu generalı Fəhd Fəriclə telefon danışığında həmçinin əlavə edib: İran İslam Respublikası diqqətlə və həssaslıqla regionun təhlükəsizlik prosesləri və Suriya böhranını izləyir.
General Dehqan Suriya böhranının həlli üçün dinc və siyasi vasitədən istifadə olunmasının zəruriliyinə toxunaraq deyib: Güc və sərtlikdən istifadə gərginliyin azalmasına səbəb olmayacaq, üstəlik böhranı daha da gərginləşdirəcəkdir.
Suriya müdafiə naziri Fəhd Fəric də bu telefon danışığında Suriya ordusu tərəfindən kimyəvi silahlardan istifadənin olunması ilə əlaqədar qərb rəsmilərinin iddialarını rədd edərək deyib: Terrorçular regional və regiondankənar hamilərinin dəstəklərini daha artıq cəlb etmək məqsədilə kimyəvi silahlardan istifadə etməklə və Suriya xalqını qırğın etməklə dünyanın ümumi fikrini son məğlubiyyətlərindən yayındırmağa çalışırlar.
Suriyalı nazirin sözlərinə görə, Suriya xalqı və silahlı qüvvələri regiondankənar qüvvələr tərəfindən istənilən hərbi hücuma qarşılıq verməyə hazırdırlar.
ABŞ və müttəfiqləri Suriya ordusunu bu ölkənin cənubunda kimyəvi silahlardan istifadə etməkdə suçlandırırlar və Suriyanı hərbi hücumla hədələyiblər. halbuki Suriya hökuməti bu ittihamları rədd edib.