
İran İslam Respublikası prezidenti İranla Misir arasındakı əlaqələrin genişləndirilməsinin sülh, təhlükəsizlik və qardaşlığın xeyrinə olduğunu bildirərək, deyib: “ İran və Misir xalqları arasında turizm əlaqələrinin genişləndirilməsi insani habelə qardaşcasına hərəkətdir. Bu məsələ başqa ərsələrdə də iki ölkə əlaqələrinin dərinləşdirilməsi potensiallarından ola bilər”.
İran prezidenti Doktor Mahmud Əhmədinejad Misirin turizm naziri Heşam Zəəzu ilə görüşdə İran İslam Respublikası ilə Misir arasındakı əlaqələrin yüksək əhəmiyyətə malik olduğunu da qeyd edib.
“ Mədəniyyət və sivilizasiyalar yaradan və iki böyük xalq olan İran və Misir xalqları bir-birlərinin yanında olduqları zaman əzəmətli müsbət hadisələr yarada bilərlər. Bu da hamının habelə sülh, təhlükəsizlik və qardaşlığın xeyrinədir” –deyə İran prezidenti sözlərini davam etdirib.
Doktor Mahmud Əhmədinejad həmçinin deyib: “ Turizm sahəsində Tehran-Qahirə müştərək əməkdaşlıqları habelə bu haqda razılıq sənədinin imzalanması yaxşı başlanğıc nöqtəsidir ki, iki xalq üçün çoxlu bərəkətlərin mənşəyi ola bilər”.
