Avropa Birliyi çərşənbə günü Türkiyə polisinin xalq etiraz aksiyalarında iştirak edənlərə aqressiv və sərt hərəkətlərini tənqid etdi .
Bir çox avropalı rəsmi çərşənbə günü Türkiyənin baş naziri Təcəb Təyyib Ərdoğandan istəyiblər ki, bu ölkədə aksiya iştirakçılarını dağıtmaq üçün zorakılıq və aqressiv hərəkətlərdən ifrat şəkildə istifadə haqda təhqiqatların həyata keçirilməsi və suçluların cəzalandırılması ilə razılaşsın. Frans-Pressin Brüsseldən verdiyi məlumata görə Avropanın inkişaf komissarı Stefan Foll Brüsseldə avropalı millət vəkilləri qarşısında deyib: Toqquşma və təfriqəyə əsasən olan bu hərəkətlər və rəftarlar, Türkiyə ictimaiyyəti, həmçinin Avropa Birliyinin kəskin nigarançılığına səbəb olub. Bir çox ölkələr, o cümlədən Fransa, Almaniya və Amerika da Türkiyədə sərt və aqressiv hərəkətlərin tətbiq edilməsi haqda özlərinin nigaranlıqlarını bildiriblər.