DünyaXƏBƏRLƏR

Sionist general: Hizbullahın 5 min raketi Təl-Əvivə atılmağa hazırdır

Sionist rejim ordusunun bir generalı deyib: Hizbullah hazırda 5 min raketlə Təl-Əvivi hədəfə ala bilər. Bu göstərici Hizbullahın 2006-cı ildəki qüdrətinin on qat yuxarısı deməkdir.

Sionist rejim ordusu komandanı Eyal İzenber sionist Haarets qəzeti ilə müsahibədə deyib: Hizbullah raketləri 2006-cı ildə İsrailə qarşı istifadə olunan raketlərlə müqayisədə daha dəqiq və güclüdür.

Sionist generalın açıqlaması elə bir halda irəli sürülür ki, Livan Hizbullahı baş katibi Seyid Həsən Nəsrullah dəfələrlə bildirib ki, İsraillə müharibə üçün Hizbullahın hazırlığı həmişə yuxarıdır.

İzenber Haaretsə deyib: Hizbullah hər biri 300-500 kiloqram çəkisi olan 500 raketlə Təl-Əvivi bombardman edə bilər.

Sionist rejim ordusu generalı əlavə edib: Mənim hesablamalarıma əsasən, döyüşün ilk günləri çox ağır günlər olacaqdır və biz hazırda gündəlik 1000-dən çox raketin İsraili hədəfə biləcəyi ssenari üzərində işləyirik.

İsrail 2006-cı ildə iki sionist hərbçinin əsirliyi bəhanəsi ilə Livan Hizbullahına qarşı hərtərəfli hücumlara başladı. Lakin 33 gündən sonra sionist rejim ordusu Livan Hizbullahı müqavimət döyüşçüləri ilə döyüşdə diz çökdü. Bu müharibədə Hizbullah qeyri-bərabər döyüşdən istifadə ilə öz güclü və təpədən-dırnağa qədər silahlanmış rəqibini məğlub edə bildi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu