AsyaDünyaİraqXƏBƏRLƏR

“İraq seçkilərində xalqın geniş iştirakı terrorçulara qarşı ağır zərbə oldu”

İraqın Tehrandakı səfiri İraq xalqının seçkilərdəki geniş iştirakını terrorçulara qarşı ağır zərbə kimi dəyərləndirib.

Məhəmməd Məcid Əş-Şeyx cümə axşamı günü İranın ikinci Telekanalının özəl dialoq verilişi ilə müsahibədə İraq seçkilərinin önəmli olduğu üzərində təkid edrərək deyib: Bütün partlayışlar və problemlərə rəğmən, İraqlılar seçkilərdə iştirak edib və terrorçulara qarşı olduqlarını bildirərək terrorçuları məğlubiyyə uğratdılar.

İraqın Tehrandakı səfiri ölkə xalqının seçkilərdə 60 faiz iştiraklna toxunaraq deyib: Bu həddə iştirak misisızdir və İraq xalqının demokratiya və azadlıq tərəfdarı olduqlarını önə çəkir.

Məcid Əş-Şeyx deyib: Amerikalılar İraqda olduqları günədək İraq xalqının səslərini əngəlləməyə nail ola bilmədilər və xalq özü seçim haqqına malik olduğunu və hökumətin əsas mənşəyi olduğunu bir daha sübuta yetirdi.

İraqın Tehrandakı səfiri hazırda ölkə xalqının iştirakı nəticəsində İraqın azadlığa buraxılmasını deyib və İraqın qarşədakı siyasətləri haqda deyib: İraqda müxtəlif məzhəblərin mövcudluğunu nəzərə alsaq yeni koalisiyaların təşkil olunacağı gözlənilir.

Məcid Əş-Şeyx bildirib ki, İraq xalqınin siyasi yetginliyi və xalqın iradəsi, Amerikalıları bu ölkədən qovdu və xalq əcnəbilərin və işğalçıların müdaxiləsinə dözməyib, nəhayət haqq, batil qarşısında qələbə çaldı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu