Sionist rejim hərbçiləri İordan çayının Qərb Sahili və Beytül-müqəddəsə basqın etdikdən sonra 11 fələstinlini həbs ediblər.
Sionist rejim hərbçiləri bu gün çərşənbə səhər çağı (4 sentyabr) İordan çayının Qərb Sahilində Əl-Xəlil şəhərinin şimal və mərkəzinə, eləcə də Qəlqiliyyə şəhərinə basqın edərək 6 gənc və yeni-yetmə fələstinlini həbs ediblər.
Sionist rejim hərbçiləri habelə Beytül-müqəddəsdə 5 fələstinlini həbs ediblər.
Qeyd edək ki, Məscid Əl-Əqsanın müxtəlif bölmələrində müsəlmanlarla Sionist rejim qüvvələri arasında baş verən qarşıdurmalar davam etməkdədir. Belə ki yaşı 50 dən aşağı olan və Məscid Əl-Əqsaya daxil olmalarına imkan verilməyən fələstinlilər bu məscidin giriş qapılarında aksiya keçiriblər.