DünyaXƏBƏRLƏR

ABŞ-ın kəşfiyyat orqanları internetə nəzarət edirlər

ABŞ-ın kəşfiyyat orqanları məxfi formada Google və Yahoo kimi axtarış motorları və müxtəlif sosial şəbəkələrə nəzarət edirlər.

ABŞ-ın Milli Təhlükəsizlik İdarəsi və Federal Təhlükəsizlik Bürosu birbaşa olaraq Maykrosoft, Yahoo, Google, Facebook, Apple, Skype, Youtube və PoolTrack saytlarının işlədiciləri haqda məlumatları terrorizmlə mübarizə bəhanəsi ilə izləyirlər.
Bu məlumata görə, fotoşəkillər, videoyazılar, elektron məktublar, dostların siyahısı, internet səhifələrinə müraciət keçmişi(history) və internet vasitəsilə həyata keçirilən chat-lər(danışıqlar) izlənilən məlumatlar sırasındadırlar.
Bu gizli izləmə əməliyyatı 2007-ci ildə başlanıb və hal hazırda o qədər geniş səviyyədədir ki, gündəlik olaraq Obamaya təqdim edilən məxfi məlumatlarla bağlı hesabatlar bu informasiyalar hesabına hazırlanır.
Bu məlumatlara görə, ABŞ-ın kəşfiyyat orqanları həmçinin, milyonlarla telefon abonentinin danışıqlarını da gündəlik olaraq dinləyirlər.
Google internet şirkəti də bir bəyanat yayaraq, bu məsələni etiraf edərək, bildirib ki, bu şirkət informasiya qanununa uyğun olaraq, öz operatorlarının şəxsi məlumatlarını ABŞ dövlətinin ixtiyarına verir.
Bu şirkət həmçinin bildirib ki, ABŞ dövləti Google şirkətinin operatorlarının şəxsi məlumatlarına birbaşa girişə malik deyil.
İndiyə kimi Amerikada telefon dinləmələri və internet izləmələri əsasında 77 min təhlükəsizlik hesabatı hazırlanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu