Misirin Xarici İşlər Nazirliyinin sözçüsü Amerikaya Misirin daxili işlərinə müdaxiləsini durdurması haqda xəbərdarlıq edib.
Misirin Xarici İşlər Nazirliyinin sözçüsü Bədr Əbdül Əta paytaxt Qahirədə bir mətbuat konfransında ABŞ-ın Misirdəki son həbslərə etirazına reaksiyada deyib: Heç bir ölkə və xarici tərəfə Misirin daxili işlərinə müdaxilə etmək icazəsi verməyəcəyik.
Əbdül Əta əlavə edib: Misir xalqının istəyinə uyğun formada çıxarılan qərarlar ilə müdaxilə qəbuledilməzdir.
Misirin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: ABŞ hökuməti bilməlidir ki, ölkələrdə gedən dəyişiklikləri izləmək, onların daxili işlərinə müdaxilə etməkdən fərqli məsələdir.