AsyaXƏBƏRLƏR

Rusiya dövlətinin rus uşaqların xaricilər tərəfindən övlad götürülmələrinə yeni məhdudiyyətləri

Rusiya Parlamentinin üzvləri bir qanun layihəsini araşdırmaqdadırlar ki, bu qanun layihəsinə əsasən, bəzi xarici ölkələrin vətəndaşlarına rus uşaqlarını övladlığa qəbul etmələri haqda bəzi məhdudiyyətlər yaranacaqdır.

Frans-Pressin verdiyi məlumata görə çərşənbə axşamı günü Rusiya Parlamentində araşdırılmaqda olan bu qanun layihəsinə əsasən, homoseksualların evlənmələrinin qanuni olduğu ölkələrin vətəndaşları üçün rus uşaqların övladlığa qəbul etmələrində bəzi məhdudiyyətlər tətbiq ediləcək.

Bu məhdudiyyətlərə əsasən rus uşaqların homoseksual şəxslər tərəfindən övladlığa qəbul edilmələri qadağandır.

Bu qanun layihəsinin bu gün axşam Rusiya Parlamentində təsdiq ediləcəyi qərara alınıb və Rusiya prezidenti Vladimir Putin də bu qanun layihəsini imzalamaqla , onun icra edilən qanuna çevirəcəyini vurğulayıb.

Rusiya Parlamenti ötən il də rus uşaqların Amerika vətəndaşları tərəfindən övladlığa qəbul edilmələrini qadağan etmişdi. Homoseksualların evlənmələri hal hazırda dünyanın 14 ölkəsində, o cümlədən Kanada, Belçika, İspaniya , Norveç, İsveç və Fransada qanuni elan edilibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu