ABŞ-ın pilotsuz təyyarə hücumlarının davamı Pakistanı qəzəbləndirdi

Pakistanın yeni hökuməti iqtidara gəlməsindən bir neçə gün sonra ABŞ ordusunun bu ölkə ərazisinə qarşı pilotsuz təyyarələrdən istifadə edərək, hücumlar həyata keçirməsinə etiraz edib.

Asoşeyted Press-in məlumatına görə, Pakistanın yeni hökuməti ABŞ-ın pilotsuz təyyarələrinin Pakistana olan hücumlarının davam etməsini narazılıqla qarşılayaraq, bu məsələdən xoşlanmadığını bildirib.

Bu məlumata görə, Pakistanın yeni hökuməti iqtidarı ələ keçirməsindən bir neçə gün sonra ABŞ-ın bu ölkəyə qarşı pilotsuz təyyarələrdən istifadə edərək, hücumlar həyata keçirməsinə etiraz olaraq, Amerikanın Pakistandakı baş təmsilçisini çağırtdırıb.

Qeyd etmək lazımdır ki, ABŞ ordusunun cümə günü axşam Pakistanın Əfqanıstan ilə sərhəd məntəqələrinə olan hava hücumları zamanı 7 yaraqlı həlak olub.

↑
Exit mobile version