DünyaXƏBƏRLƏR

ABŞ-ın pilotsuz təyyarələri yenə də Pakistanı vurdular

ABŞ ordusunun pilotsuz təyyarələri Pakistanın şimal-qərbini hədəfə aldılar, 4 nəfər həyatını itirdi.

Bu hücum qəbilə sakinli Şimali Vəzirestan vilayətində baş verib. Bu hadisə zamanı 4 nəfərin də yaralandığı bildirilir.

ABŞ-ın Pakistana qarşı pilotsuz təyyarələrdən hücum hallarının artması və bu hücumlarda həlak olan sivil insanların sayının çoxalması Pakistanda geniş narazılığa səbəb olub. Pakistanın Xarici İşlər Nazirliyi də ABŞ-ın bu ölkəyə qarşı pilotsuz təyyarələrdən istifadə etməsini qeyri-qanuni adlandırıb.

ABŞ iddia edir ki, bu hücumlar zamanı Taliban və əl-Qaidə ünsürlərini hədəf alır. Amma, pilotsuz təyyarələrin qurbanları əsasən müdafiəsiz sivil insanlar xüsusilə də uşaqlar və qadınlardır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu