1948-ci ildə işğal edilmiş ərazilərin Livan sərhədlərinə yerləşən sionist rejim ordusunun qüvvələri heç bir müharibədə iştirak üçün lazımi hazırlığa malik deyillər.
Sionist Maariv qəzeti özünün internet saytında bu haqda apardığı araşdırmalarına istinadən belə yazıb: İsrail rejimi ilə Livan Hizbullahı arasında müharibənin baş verməsi ehtimalı hər zaman mümkündür. Amma İsrail rejimi qüvvələri hal-hazırda lazımi qabiliyyətlərə malik deyillər və onların komandanlarından bir qrupu münasib hərbi təchizatlar və insan qüvvəsinin çatışmazlığına görə şikayət ediblər, çünki hər bir ehtimali müharibədə ölməkdən nigarandırlar.
Sionist Maariv qəzeti yazıb: Bundan əlavə, İsrail rejimi ordusunun yüksək rütbəli komandanları Livan sərhədlərinin yaxınlığında yerləşən qüvvələrə göstəriş vermişdilər ki, avtomobillər və tanklardan daha az istifadə etsinlər ki, ordunun xərcləri azalsın.
