ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyaları dərman çatışmazlığına görə nadir xəstəliklərdən əziyyət çəkən iranlıları çətin vəziyyətlə üzləşdirib.
ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində bəzi dərman preparatlarının idxalı demək olar ki, dayandırılıb. Bu da bəzi nadir xəstəliklərdən əziyyət çəkən insanların həyatını təhlükə qarşısında qoyub.
İrana qarşı qeyri-qanuni sanksiyaların mənfi nəticələrindən biri də ölkəyə gətirilən dərman preparatlarının qiymətinin son dərəcə baha olmasıdır.
ABŞ-ın İrana qarşı sanksiyaları birbaşa olaraq dərman və tibb sahəsinə yönəlməsə də, dərman preparatlarının idxalını praktiki olaraq qeyri-mümkün edib. Çünki, bank sisteminə tətbiq edilən sanksiyalar dərman almaq üçün pul köçürmələrinə imkan vermir.
ABŞ-ın sanksiyalarının qurbanları; İranlı xəstələr
