ABŞ-ın Suriyaya hücumu 3-cü Dünya müharibəsinə çevrilə bilər

ABŞ Konqresində Demokratların sabiq nümayəndəsi xəbərdarlıq edib ki, ABŞ-ın Suriyaya hərbi hücumu 3-cü Dünya müharibəsinə çevrilə bilər.

Denis Kosiniç ABŞ prezidenti Barak Obamanı sual doğuran faktlara əsasən müharibənin başlanması üçün “tələsdiyi”nə görə tənqid edib.

Kosiniç Amerikanın Hill qəzeti ilə müsahibədə vurğulayıb: Bu məsələ bir bəhanə olaraq istifadə olundu. Həqiqətlər toplanılmadan qərar çıxarılmışdır. Bu məsələ sizə hansı mesajı verir?

İraq müharibəsinin müxaliflərindən olan Kosiniç həmçinin xatırladıb: Suriyaya hava hücumları ABŞ ordusunu “əl-Qaidə hava qüvvələri”nə çevirəcəkdir.

Kosiniç deyib: ABŞ nəticədə əl-Qaidə hava qüvvələrinə çevrilməkdədir? Bu çox-çox ciddi məsələdir ki, beynəlxalq baxımdan böyük məna kəsb edir.

↑
Exit mobile version