İslam İnqilabının Böyük Rəhbəri bir hökm verərək, Mahmud Əhmədinejadı Quruluşun Məsləhət Şurasına üzv təyin ediblər.
İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xameneinin hökmündə deyilir: İran İslam Respublikası prezidenti kimi həssas məsuliyyətdəki səkkizillik dəyərli səyinizə və bu sahədə əldə etdiyiniz çoxlu təcrübələrə əsasən, Quruluşun Məsləhət Şurasına üzv təyin edilirsiniz.