ABŞ Dövlət Departamenti İraqın daxili işlərinə müdaxilə edərək, etnik və məzhəbi ixtilafları körükləyən bir neçə telekanalın fəaliyyət lisenziyasının dayandırılması ilə müxalifət edib.
ABŞ Dövlət Departamenti bildirib: Etnik və məzhəbi ixtilafları körükləmək ittihamı ilə 10 telekanalın fəaliyyət lisenziyasının ləğvi qəbuledilməzdir.
ABŞ DD bu telekanalların fəaliyyət lisenziyasının ləğvini söz azadlığı ilə təzadda adlandırıb və bildirib: Fəaliyyət lisenziyalarının ləğv edilməsi yolu ilə media vasitələrinin fəaliyyətinə müdaxilə etmək qəbuledilməzdir.
ABŞ DD fəaliyyət lisenziyası ləğv edilən 10 telekanalın jurnalistika peşəsinin prinsiplərinə sadiq qaldığını iddia edərək, bildirib: Demokratiya öz peşə prinsiplərinə sadiq olan insanların baxışlarına hörmətlə yanaşmağı tələb edir və düşmənlərin düşüncələrinə qarşı çıxmağa icazə vermir.
İraq hökuməti bazar günü etnik və məzhəbi ixtilafları qızışdırdığı üçün 10 telekanalın fəaliyyət lisenziyasını ləğv edib.
Əl-Şərqiyyə, Əl-İraqiyyə və Əl-Cəzirə telekanalları da fəaliyyət lisenziyası ləğv edilən telekanallardandırlar.