ABŞ İslam Ümmətinin intiqamından qorxmalıdır

İranın Bəsic Təşkilatının sədri ABŞ ordusunun İrana məxsus sərnişin təyyarəsini vurmasının ildönümü günü münasibətilə etdiyi çıxışında deyib: Bu amansız qırğın ABŞ rəsmiləri tərəfindən bilərəkdən və planlaşdırılmış şəkildə törədilmiş bir cinayət idi və ABŞ rejimi İslam Ümmətinin intiqamından qorxmalıdır.

Məhəmməd Rza Nəqdi əlavə edib: ABŞ rejiminin mənfur əlləri dirsəyə qədər İslam şəhidlərinin qanına batıb. ABŞ hökumətinin birbaşa və ya dolayısı ilə müdaxilələri nəticəsində hər gün Fələstin, Livan, İraq, Əfqanıstan, Pakistan, Suriyada müsəlmanların qırğın edilməsinin şahidi oluruq. Bu rejimin mənfur rəftarları Fironlar, Monqollar və Hitlerlərin üzünü ağ edib.

İranın Bəsic Təşkilatının sədri İranın sərnişin təyyarəsinin Amerikalılar tərəfindən vurularaq, yerə salınmasının ildönümü gününə işarə edərək, bunu sərnişin təyyarələri tarixinin ən qanlı və misilsiz cinayətlərindən adlandırıb.

İranın Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi Seyid Həsən Firuzabadi də İranın sərnişin təyyarəsinin amerikalılar tərəfindən vurulması faciəsinin 25-ci ildönümü münasibətilə verdiyi bəyanatda deyib: ABŞ-ın İran xalqına qarşı saysız cinayətləri arasında 1987-ci il 3 iyun tarixi İran xalqının yaddaşından heç vaxt silinməyəcək bir gündür.

Exit mobile version