ABŞ və bəzi ərəb ölkələri Cenevrə-2 konfransının keçirilməsi üçün maneələrini aradan qaldırmağa çalışırlar. Bu istiqamətdə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi Suriyaya səfər edib. Amerika və Avropa rəsmiləri ötən bir neçə gündə Suriya müxalifləri koalisiyasına Ərəbistanın göstərişlərinə diqqət yetirməmək və Cenevrədə Suriya quruluşu ilə müzakirə üçün təzyiq göstərirlər.
Bir qərb diplomatik mənbəyi yazıb: ABŞ-ın Suriyadakı səfiri Robert Ford ötən həftə İstanbul iclasında Suriya müxalifləri koalisiyasının məsul şəxslərini təhdid edib ki, əgər Cenevrə-2 konfransında iştirak etməsələr, bu koalisiyanın buraxılmasını gözləməlidirlər.
