AvropaDünyaXƏBƏRLƏR

ABŞ konqresmeni: Avropa bizim casusluğumuzdan məmnun olsun

ABŞ Konqresinin tanınmış respublikaçı konqresmeni iddia edib ki, Avropa vətəndaşları bu ölkənin Milli Təhlükəsizlik Agentliyinin casusluğundan məmnun olmalıdırlar. Çünki onları təhlükəsizlikdə saxlayıb.
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Miçiqan ştatından respublikaçı konqresmen Mayk Rogers bildirib ki, əgər Fransa vətəndaşları dəqiq bilsəydilər ki, bu addım nə üçün atılıb, şənlik edərdilər. Bu addım yaxşı işdir və fransızları təhlükəsizlikdə saxlayır. Bu addım bizim avropalı müttəfiqlərimizə təhlükəsizlik verir.
Bu konqresmen CNN xəbər telekanalı ilə müsahibədə elə bir halda bu sözləri irəli sürüb ki, ABŞ-ın adi vətəndaşlar və dünya rəhbərlərindən casusluğa dair məlumatlar barəsində dünyanın etirazları və qəzəbi artmışdır.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snouden tərəfindən yayımlanmış məlumatlara əsasən bildirilir ki, naməlum bir amerikalı məsul şəxs 200 telefon nömrəsi, o cümlədən dünya rəhbərlərindən 35-nin telefon nömrəsini Milli Təhlükəsizlik Agentliyinə verib. Bu elə bir haldadır ki, bu rəhbərlərin adları açıqlanmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu