DünyaXƏBƏRLƏR

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycan planı

Bakıda çıxan Olaylar qəzeti yazıb ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın sürətli inkişafı, siyasi stabilliyin bərqərarı, xalqın ölkədə hökumətə dəstəyi və sairə bəzi qrupları Azərbaycanda casusluq etməyə vadar edib.

İnsan Haqları İctimai Birliyinin sədri Eynulla Fətullayev Haqqın.az saytına Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyən qruplar barəsində məlumat verib.

 

Bu məlumata görə, ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı ofisi Facebook sosial-ictimai şəbəkəsi tərəfindən bu ölkədə gərginlik yaratmaq üçün 2 milyon dollar vəsait ayırıb.

Qeyd olunan institutun Gürcüstan, Ukrayna və Moldovada rəngli inqilablarda rolu olmuşdur. Hazırda bu qurum Azərbaycanda da öz ssenarisini icra etməyə çalışır.

 

Bu qurum tərəfindən istifadə olunan taktikalardan biri ictimai şəbəkələr vasitəsi ilə hökumətə qarşı hərəkətləri icra etməkdir.

Bu qurum ABŞ-ın xüsusi xidmətləri ilə əlaqədədir. Buna görə Birləşmiş Ştatların xüsusi xidmətləri bu qurumdan öz mənafeləri istiqamətində istifadə etməyə çalışırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu