Site icon İslami Dəvət

ABŞ Müharibə Araşdırmaları İnstitutu: İran ballistik raketlərdə yeni texnologiya hazırlayır

ABŞ Müharibə Araşdırmaları İnstitutu: İran ballistik raketlərdə yeni texnologiya hazırlayır

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu İranın daha güclü bərk yanacaqlı mühərrikə malik ballistik raket növləri hazırladığını açıqlayıb.

İnstitutun məlumatına görə, bu raketlərdə “Hacı Qasim” raketinin daha güclü mühərriki “Xeybərşekən”, “Xeybərşekən-2” və “Fəttah-1” raketlərinin manevr qabiliyyətinə malik döyüş başlıqları ilə birləşdirilir. Bu birləşmə rakətin son mərhələdə sürətini artırır və döyüş başlığının zərbədən əvvəl trayektoriyasını dəyişməsinə imkan verir. Nəticədə hava hücumundan müdafiə sistemlərinin reaksiya müddəti azalır və rakətin qarşısının alınması çətinləşir.

Exit mobile version