Quantanamo məhbuslarının aclıq aksiyası 19-cu günə başladığı bir halda amerikalı etirazçılar Ağ Ev qarşısında keçirdikləri yeni aksiyada Barak Obamadan Quantanamo həbsxanasının fəaliyyətini dayandırmasını istəyiblər.
Codepink və İşgəncə Əleyhinə Şahidlik (Witness Against Torture) kimi təşkilatların təşəbbüsü ilə keçirilən bu aksiya 5 may tarixində baş tutub. Təşkilatçılar son aksiyalardan sonra Obama hökumətinin təzyiqi hiss etdiyini deyiblər.
Təxminən 130 məhbus öz məhdudiyyətsiz həbslərinə etiraz əlaməti olaraq 6 fevralda aclıq aksiyasına başlayıb.
Quantanamodakı 166 məhbusun çoxu ya azad olunub və yaxud heç bir ittihamla üzləşməyib. Bu vəziyyət bir çox ölkə və insan haqları təşkilatının qəzəbinə səbəb olub.