İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif İtaliya Senatının Xarici Siyasət Komissiyasının sədri ilə görüşdə ikitərəfli əlaqələr, regional dəyişikliklər və beynəlxalq məsələlər barədə onunla fikir mübadiləsi aparıb.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşdə İran və İtaliya rəsmiləri habelə, parlamentariləri arasında keçirilən görüşləri konstruktiv və iki tərəf arasındakı əlaqələrin inkişafına kömək edən amil adlandırıb.
Zərif Yaxın Şərq məntəqəsində artmaqda olan gərginliyə və Suriyadakı ifratçılıq və terrorizmə işarə edərək, deyib: ifratçılıq hamını təhdid edir və heç kəs bunun yalnız regionun problemi olduğunu iddia edə bilməz.
O əlavə edib: Əgər əməkdaşlıq olmazsa, ifratçılıq digər region ölkələrinə də sirayət edəcək və bu ölkələrdə ifratçıların qələbəsinin şahidi olacağıq.
İtaliya Senatının Xarici Siyasət Komissiyasının sədri də bu görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərarası əlaqələrin önəminə təkid və ümidvarlıq edib ki, qarşılıqlı əlaqələr bütün sahələrdə inkişafın şahidi olsun.
Senator Piyer Ferdinando Kazini Yaxın Şərqdə cərəyan edən hadisələrə işarə edərək, deyib: İran kimi böyük və nüfuzlu bir ölkə regionda təsirli bir oyunçu kimi çıxış edə bilər.
O, daha sonra İran və İtaliyanın müxtəlif məsələlər o cümlədən regional məsələlər barədə əməkdaşlıq etmələrini zəruri adlandırıb.