AzərbaycanDünyaXƏBƏRLƏR

ABŞ səfiri senatorların qalmaqallı səfərini əsalandırdı

Amerikanın Bakıdakı səfiri Senatın iki əməkdaşının Bakı səfəri ilə bağlı deyilənləri cəfəng adlandırdı.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” qəzetinə müsahibəsində, ABŞ Senatının iki əməkdaşı və jurnalist Xədicə İsmayıl barədə yaranan qalmaqalla bağlı deyib: “ ABŞ Senatının iki əməkdaşının səfəri ilə bağlı irəli sürülən iddialar o qədər cəfəng və yanlışdır ki, onlara münasibət bildirməyə belə dəyməz. Onu da əlavə etmək istəyirəm ki, bu cür iddiaları irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq, sarsıtmaq istəyirlər.
Riçard Morninqstar ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatını belə dəyərləndirib: “Biz hesabatın arxasında dayanırıq. Amma ABŞ hökumətinin niyyəti Azərbaycanda hakimiyyəti dəyişmək deyil.”
Qeyd edək ki, MTN ilə həmkarlıqda bulunan Haqqin.az saytının Eynulla Fətullayev, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Yanvar ayı Bakıya gələn ABŞ Senatı aparatının iki əməkdaşı – Con Zadrozni və Daniel Vajdiçinə Azərbaycan müxalifəti ilə bağlı siyahı təqdim etdiyini göstərib. X.İsmayıla məxsus olduğu iddia edilən siyahıda əksər müxalifət liderlərinin və jurnalistlərin hakimiyyətlə əlbir olduğu qeyd edilib.
Eynulla Fətullayevin yazdığlna görə, Xədicə İsmayılova tərəfindən iki amerikalı tədqiqatçıya təqdin olunan hesabatda, birinci yerdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu-nun dayandığı göstərilir və deyilir ki, Rauf Arifoğlu – Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.
Sonar bildirilir ki, Müsavat başqanı İsa Qəmbər – İlham Əliyev hakimiyyəti tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir.
Bu hesabat qalmaqalından sonar, Yeni Müsavat” qəzeti 18 fervralda “Xədicə İsmayılova MTN-dən ona sənəd ötürüldüyünü iddia edir” başlıqlı yazıda qeyd etdi ki, jurnalist Xədicə İsmayılova yeni sənəd yayıb. Söhbət MTN əməkdaşının “Tam məxfi” qrifli hesabat məktubundan gedir.
Yeni Müsavatın həmin yazısında qeyd olunur ki, bu sənədi Xədicə İsmayılovaya 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt əlində bu sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübut olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. Bununla belə, MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə fevralın 16-da “ANS TV”də çıxış edəndən sonra X.İsmayılova həmin sənədi, hər halda, yaymağa qərar verib. Və ona kiçik şərh də yazıb: “Bu sənəd sizin mahiyyətinizi göstərir”.

MTN-in daxili kəşfiyyat idarəsinin rəisinə ünvanlanan məktubda söhbət kimisə “verbovat” eləməkdən gedir. X.İsmayılova həmin adamın adını flomasterlə pozub. Sənəddən belə məlum olur ki, söhbət AXCP-dən olan hansısa müxalifətçidən gedir.
Bu ifşa edici sənədlərin kimin tərəfindən, kimin vasitəsilə yayımlanmasından və kimlərin tərəfindən dəstəklənmsi, gedişatın qalibini tam aydın göstərir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı