DünyaXƏBƏRLƏR

İnsan Haqlarına Nəzarət Təşkilatı Londonu insan haqlarını pozmaqda ittiham etdi

BMT-nin İnsan Haqlarına Nəzarət Təşkilatı İngiltərə hökumətini insan haqlarından sui-istifadə etmək və insan haqlarını pozmaqda ittiham edib.

Bu, BMT-nin İnsan Haqları Təşkilatının İngiltərə hökumətinə qarşı ən ciddi etirazı sayılır. Belə ki, bu beynəlxalq qurum xəbərdarlıq edib ki, beynəlxalq standartlara nail olmaq üçün İngiltərə dövləti dərhal ciddi tədbirlər görməlidir.
BMT-nin işgəncə ilə mübarizə komitəsi öz hesabatında əsasən terrorizmə qarşı mübarizədə insan haqlarının pozulması və İraq müharibəsi zamanı məhbusların işgəncə edilməsində İngiltərənin rəftarlarını tənqid edib.
Bundan başqa bu hesabatda 40 hala işarə edilib ki, London bu məsələlərlə bağlı tədbirlər görməlidir.
Bu hesabatda həmçinin bildirilir ki, BMT-nin işgəncə ilə mübarizə komitəsi İraq və Əfqanıstana müdaxilənin ardınca işgəncə və insan haqlarından sui-istifadə hallarının artmasından nigarandır.
BMT-nin insan haqlarının nigaranlığı son 10 ildə İngiltərədə zindanların sayının artması ilə əlaqədardır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu