Bəhreyn rejiminin Ramazan ayına özəl yemək proqramlarının birinə ABŞ-ın bu ölkədəki səfirini qonaq və aşpaz qismində dəvət etməsi bəhreynlilərin qınağına tuş gəlib.
ABŞ-ın Manamadakı səfiri Tomas Krayski Ramazan ayına özəl yemək proqramına aşpaz qismində dəvət olunub.
Amerika səfirinin Ramazana özəl yemək proqramına aşpaz qismində dəvət olunması ciddi reaksiyalara səbəb olub. Belə ki, hətta hakim rejimin tərəfdarı olan bəzi siyasi qrup və partiyaların nümayəndələri belə bu məsələyə kəskin formada etiraz ediblər.
2011-ci ilin fevralında Bəhreyndə hakim rejimə qarşı xalq inqilablarının başlandığı zamandan ABŞ və Avropa Birliyi zahirdə Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı zorakılıqlarını qınasalar da, davamlı olaraq xalqın sivil etiraz aksiyalarının amansızlıqla yatırdılmasında Bəhreyn rejimini himayə edib, xalq etirazlarını yatırtmaq üçün bu rejimi lazımi vasitələrlə təchiz ediblər.