SuriyaXƏBƏRLƏR

Terrorçular Suriya böhranının həll edilməsini istəmirlər

“Güman etmirəm ki, terrorçuları dəstəkləyən qüdrətlər Suriya böhranının həlli ardınca olmuş olsunlar”. Bu sözləri Suriya prezidenti- Bəşşar Əsəd Argentina mediaları ilə müsahibəsində deyib.

Bəşşar Əsəd Argentina mediaları ilə müsahibədə qərb dövlətlərinin Suriya böhranı üçün diplomatik həll yolu ardınca olmadıqlarını bildirib.

Bəşşar Əsəd həmçinin Suriya ordusunun kimyəvi silahlardan istifadə etməsi haqdakı iddiaları da rədd edərək, deyib: Hər gün Suriya xalqına qarşı kimyəvi silahlardan istifadə ilə bağlı fərqli ittihamlar yayılır. Ola bilsin ki, bu ittihamlar ölkəmizə qarşı müharibəyə hazırlıq çərçivəsində irəli sürülür.

Suriya prezidenti daha sonra iqtidardan getməsi ilə bağlı xəbərləri rədd edib.

O, Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı əldə olunmuş anlaşmanın nəticələrinə şübhə ilə yanaşsa da, bunu müsbət qarşıladığını bildirib.

B.Əsəd bu xüsusda deyib: Biz Rusiya və Amerikanın mövqelərinin yaxınlaşmasını müsbət qarşılayırıq və ümidvarıq, bu anlaşma Suriya xalqına hazırkı böhrandan çıxmaqda yardım etmək olan beynəlxalq konfransın keçirilməsinə səbəb olsun.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu