İranın xarici işlər naziri deyib: ABŞ İrana qarşı sanksiyaları artırmaqla hazırda maksimum həddə və sanksiya siyasətində son nöqtəyə çatıb.
Əli Əkbər Salehi Tehranda çıxan Cam Cəm qəzeti ilə müsahibədə deyib: İrana qarşı sanksiyalar hazırkı şəraitdə maksimum səviyyəyə çatıb. Qərblilər sanksiyanın kulminasiya nöqtəsinə çatıblar və bundan sonra sanksiyanın zirvəsindən enməlidirlər.
“İrana qarşı sanksiya vasitəsi demək olar ki, maksimum həddə çatıb. Qərblilər düşünürdülər ki, bu genişlikdə və kəskinlikdə sanksiya İranın iqtisadiyyatını iflic vəziyyətə gətirəcək. Lakin belə olmadı. Əlbəttə onların təsəvvürü bir mənada düz idi. Çünki hər bir xalq belə sanksiyaya dözə bilməzdi. Lakin İran İslam Respublikası öz xalq bazasının hesabına xalqın səbri və müqaviməti və quruluşu mənəvi dəstəkləməsi ilə sanksiyanın dağıdıcı təsirlərini azalda bildi” –deyə Salehi söyləyib.
Salehi sonda deyib: Qərb bu nəticəyə çatıb ki, bundan artıq irəliləyə bilməz. Əgər onlar bir addım atsalar, bilirlər ki, İran da bir addım atacaq və sükut etməyəcək.
