XƏBƏRLƏR

İranlılar amerikan cinayətinin amilinə ordenin verilməsini heç vaxt unutmayacaqlar

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Amerika tərəfindən İranın sərnişin daşıyan təyyarəsinin vurulub, dənizə salınmasının ildönümü günündə, bir bəyanat yayaraq, Amerikanın həyata keçirdiyi bu cinayətkarcasına hadisənin qurbanlarının ailələrinin dərdinə şərik çıxdığını bildirib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, 1367-ci hicri şəmsi ili tir ayının 12-si 1998-ci milad ili 3 iyul tarixində amerikan qüvvələrin cinayətkarcasına hücum hədəfinə çevrilən İranın sərnişin daşıyan təyyarəsi şəhidlərinin yad və xatirəsini əziz saxlayaraq, bu anti-bəşəri hərəkət nəticəsində şəhid olanların ailələrinin dərdinə şərik çıxdığını bildirib.

İranın Xarici İşlər Nazirliyinin bəyanatında sonra belə bildirilib: Şübhəsiz İran xalqının tarixi yaddaşı, bu qeyri-insani hərəkət və cinayət , onun ardınca isə bu cinayət amillərinin ordenlə təltif edilmələrini unutmayacaq. Bu cinayətkarcasına hərəkətin amilləri bəşəriyyət vicdanı yanında həmişə pislənəcəklər və insan haqlarını himayə iddiaçıları bu şərlə dolu hərəkət qarşısında sükut etmək, habelə ən ayıdın və ilkin insani dəyərlərə etinasızlıq haqda cavabdeh olmalıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu