AsyaAvropaDünyaXƏBƏRLƏR

ABŞ Senatı Ukraynanı sanksiya ilə hədələdi

ABŞ Senatı Ukraynada hökumət ilə müxalif olanlara qarşı kobudluq adlandırdığı məsələ ilə əlaqədar bu ölkəni sanksiyalarla hədələyib.

Amerikalı senatorlar çərşənbə axşamı günü bir qanun layihəsi qəbul ediblər ki, ona əsasən Ukrayna barədə daha ciddi tədbirlərin görülməsinə icazə verilir. Müxaliflərə qarşı zorakılıqlara göstəriş verən və onda iştirak edən şəxlərə viza qadağasının tətbiq edilməsi və onların mal varlığının dondurulması yeni qanun layihəsində nəzərdə tutulan cəzalardandır.
ABŞ Senatı həmçinin, ABŞ və Avropa Birliyi başçılarından istəyib ki, Ukrayna böhranı üçün diplomatik və sülhsevər bir həll yolunun tapılması istiqamətində öz səylərini davam etdirsinlər.
Ukrayna və Rusiya rəsmiləri bundan öncə Vaşinqton və AB-ni Ukraynanın daxili işlərinə müdaxilədə ittiham etmiş və bildirmişdilər ki, Amerika Ukrayna xalqını Rusiya ilə güclü əlaqələrə malik olmasına görə rəsmi Kiyevə qarşı təhrik etməyə çalışır.
Ukrayna prezidenti Viktor Yanıkovçin Avropa Birliyi ilə bir anlaşma sənədini imzalamaqdan imtina etməsinin ardınca Ukrayna hökumət əleyhinə xalq etirazlarının şahididir.
Avropa Birliyi başçıları Rusiyanı Ukraynanı bu sənədi imzalamaqdan imtina etməyə məcbur etməkdə ittiham edir və bildirirlər ki, Moskvaya Şərqi Avropada müqavilələri veto etmək icazəsi verməyəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu