DünyaİraqXƏBƏRLƏR

ABŞ Senatına qanlı mesaj

Dünyanın ən etibarlı politexnik universitetlərindən sayılan Amerikanın Masaşoset Politexnik İnstitutunun(MİT) həyətində bir polis əməkdaşının qətlə yetirilməsi bu ölkə Senatının silahlara nəzarətin arıtırlması layihəsi ilə müxalifətinə qanlı mesaj hesab olunur. Belə ki, ABŞ Senatının ölkədə silah satışı və ondan istifadəyə nəzarətin gücləndirilməsini təklif edən qanun layihəsi ilə müxalifət etməsindən cəmi bir gün sonra silahlı bir şəxs Masaşoset Politexnik İnstitutunun həyətində bir polis əməkdaşını odlu silahdan açdığı atəş ilə qətlə yetirib.

Bu qətl hadisəsi bir neçə kilometr aralıda, ABŞ prezidenti Barak Obamanın Bostonda Marafon yarışları zamanı baş vermiş partlayışlarda həlak olanların xatirəsinə həsr olunmuş mərasimdə iştirakı zamanı baş verib.

Barak Obama bu mərasimdə terror amillərinin tapılmasında hökumətin əzmkar olmasından söz açsa da, hər il Amerikada silah satışı və silahdan istifadəyə nəzarətin olmaması üzündən həlak olan sivil insanların sayı, terror qurbanlarının sayından qat-qat yuxarıdır.

Ötən 20 ildə Amerikada terror aktları nəticəsində həlak olnaların sayını bu ölkədə qanlı küçə atışmaları zamanı həyatını itirənlər ilə müqayisə etdikdə aydın olur ki, Amerikada silah gəzdirmək azadlığı bu ölkə ictimaiyyətinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir. Misal üçün, ABŞ tarixinin ən böyük terror hadisəsi sayılan 2001-ci il 11 sentyabr hadisəsində 3000-ə yaxın adam həyatını itirmişdisə, hər il Amerikada küçələrdə, məktəblərdə, əyləncə məkanlarında, təhsil ocaqlarında və ticarət mərkəzlərində çıxan qanlı atışmalar zamanı həlak olanların sayı 25 min nəfərdən çoxdur.

Boston şəhərində baş vermiş terror aktının təşkilatçıları yalnız 3 nəfərin ölümünə səbəb olublarsa, Nyu Taun şəhərində Sendi Huk itbidai məktəbində baş verən qanlı hadisədə 20-si uşaq olmaqla 25 nəfər həlak olmuşdu.

Kolumbian Kolorado məktəbində, Arova şəhər kinoteatrında, Vircinya Politexnik Universitetində, Sendi Huk ibtidai məktəbində və MİT institutunda baş vermiş qanlı hadisələrdə həlak olanların sayı Oklahoma Siti şəhərinin federal binasının partladılması zamanı həlak olanların təqribən yarısını təşkil edir. Bu hadisə 11 Sentyabr hadisəsinə kimi ABŞ tarixinin ən qanlı terror aktı sayılırdı.

Hər halda ABŞ ictimaiyyətinin təhlükəsizliyi hazırda 2 mühüm məsələyə görə ciddi təhdid qarşısındadır. Belə ki, bir tərəfdən cinayətkarlar, ruhi xəstələr, manyaklar və həyatdan bezmiş insanlar üçün hər hansı bir səbəb olmadan silah əldə edib, insanları öldürmək üçün münbit şərait yaradılıb. Digər tərəfdən isə, ister yerli istərsə də xarici ifratçı qruplar üçün ölkədə terror aktlarının törədilməsinə maraq artmaqdadır.

Buna görə də son 1-2 ildə Amerikada qanlı cinayət hadisəsinin baş vermədiyi çox az gün var.

Bu arada ABŞ rəsmiləri ölkədə guya terror aktlarını önləmək üçün ağır xərclərə başa gələn iri layihələr həyata keçirirlər. Daxili Təhlükəsizlik Nazirliyi və Milli İnformasiyalara Nəzarət Mərkəzi kimi iri qurumlar təsis etməklə milyardlarla dollar vəsait ayrılır.

Əfqanıstan, İraq və digər ölkələrdə qarşı hərbi əməliyyatlar üçün milyardlarla dollar vəsair xərclənir. Sonda isə aydın olur ki, bütün bunlar ABŞ xalqının təhlükəsizliyinin təmin edilməsinə xidmət etmir. Və ABŞ Senatı az da olsun bu ölkə xalqının təhlükəsizliyinə təminat verə biləcək “silahlanmaya nəzarət” qanunun təsdiq etmir. Senat həmçinin silah almaq istəyən şəxsin keçmişi ilə bağlı araşdırmaların aparılması ilə də müxalifət edir. Beləliklə də köhnə cinayətkarların öz qanlı cinayətlərini yenidən təkrarlamalarına şərait yaradır. Bir ölkədə ki, bir neçə yüz dollar müqabilində ən modern silahlara yiyələnmək mümkündür və bu silahlar ağına-bozuna baxmadan hətta, cinayətkarlara belə satılır, o zaman belə bir cəmiyyətdə hansı təhlükəsizlikdən danışmaq olar? Nəticə isə ABŞ xalqının davamlı olaraq qorxu və əzab hissi keçirməsinə səbəb olur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu